Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlükdən əldə etdiyi mənfəətlərə toxunub.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bununla yanaşı, səfir Avropa İttifaqının ölkə üçün eyni keyfiyyətli iqtisadi inkişafı təmin edə biləcəyinə şübhə ilə yanaşıb.
“Ermənistanın AİB-nn tamhüquqlu üzvü olduğu illər ərzində onun ÜDM-i (Ümumi Daxili Məhsul) 2,5 dəfə artıb. Statistikaya görə, ötən ilin 10 ayı ərzində Ermənistanın ümumi ixrac həcmi 6,4 milyard dollar təşkil edib ki, bunun da 2,6 milyard dolları AİB ölkələrinin, ilk növbədə isə Rusiyanın payına düşüb. Ölkənin ixracının 37 faizi məhz Rusiyanın payına düşür. Ermənistanın AİB-ə üzvlüyünün faydaları göz qabağındadır, Avropa İttifaqı əvvəlki iqtisadi və sosial inkişaf keyfiyyətinə zəmanət verə bilərmi, bu, böyük sualdır”, - deyə diplomat “Rossiya-24” kanalına verdiyi müsahibədə bildirib.