06 fevral 2026 11:43
92

İran ABŞ ilə razılaşma üçün tələb olunan şərtləri açıqlayıb

İran və ABŞ arasında möhkəm sazişin bağlanması üçün bərabər mövqelər və qarşılıqlı hörmət zəruridir.

“İki sahil” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Omanda keçiriləcək danışıqlar ərəfəsində "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Tehran diplomatiyaya "açıq gözlə" yanaşır və 2025-ci ildə baş verən hadisələri yaxşı xatırlayır.

“Öhdəliklər yerinə yetirilməlidir. Bərabər mövqelər, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar ritorika deyil — onlar möhkəm razılaşmanın zərurəti və əsas sütunlarıdır”, — deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 6-da Omanın paytaxtı Maskatda ABŞ və İran arasında danışıqlar keçiriləcək. Format əvvəlkilərə bənzər olacaq — Oman tərəfinin vasitəçiliyi ilə. İranı xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edəcək.