07 fevral 2026 08:26
321

Tramp Ukrayna danışıqlarında irəliləyişləri gözləyir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün yaxşı danışıqların aparıldığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə deyib.

D.Tramp bu sahədə bəzi irəliləyişlər gözlədiyini bildirib.

"Bu gün Rusiya və Ukrayna ilə bağlı çox, çox yaxşı danışıqlarımız oldu. Nəsə baş tuta bilər", - deyə o qeyd edib. ABŞ prezidenti konkret hansı hadisələrin gözlənildiyini açıqlamayıb.