Konyanın (Türkiyə) Meram rayonunda yaşayış binasında zərərvericilərə qarşı mübarizə tədbirlərindən sonra zəhərlənmə şübhəsi ilə 11 nəfər xəstəxanaya yerləşdirilib.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Yaşayış binasının birinci mərtəbəsində zərərvericilərə qarşı mübarizə tədbirlərindən sonra bəzi sakinlər pestisid qoxusu səbəbindən özlərini pis hiss etdiklərini bildiriblər və zəhərlənmədən şübhələniblər.
Bundan sonra ünvana səhiyyə və polis qrupları göndərilib.
Altısı eyni ailədən olan on bir nəfər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir