İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.
Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
***
İsmayıllıda yanğın baş verib.
Hadisə axşam saatlarında rayonun Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğın söndürülüb, ətraf ərazilər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC