08 fevral 2026 14:29
127

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışları davam edir.

“İki sahil” xəbər verir ki, Gürcüstanı qısa proqramda Nika Eqadze təmsil edib. Onun çıxışı 84,37 xalla qiymətləndirilib və Gürcüstana 5 komanda xalı gətirib.

Bununla da, Gürcüstanın fiqurlu konkisürmə komandası tarixdə ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında finala yüksəlib.

Bu gün Milan və Kortinada keçirilən Qış Olimpiyadasında fiqurlu konkisürmə komanda yarışında medal dəstləri uğrunda mübarizə aparılacaq. Sərbəst proqramda Anastasia Metelkina-Luka Berulava, Nika Eqadze və Anastasia Qubanova cütlüyü yarışacaq.