09 fevral 2026 11:11
104

İngiltərəli futbolçu əsrin üçüncü onilliyinin ən məhsuldar müdafiəçisi olub

İngiltərəli futbolçu Ceyms Tavernier XXI əsrin üçüncü onilliyində (2021–2030) dünyanın ən çox qol vuran müdafiəçisi olub.

“İki sahil” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Şotlandiyanın “Qlasqo Reyncers” klubunun sağ cinah müdafiəçisi cari onillik ərzində 74 qol vurub.

Bu göstərici ilə o, ən yaxın izləyicilərini 15 qol fərqi ilə qabaqlayıb. Əvvəlki onilliyin (2011–2020) ən məhsuldar müdafiəçisi olan Serxio Ramos həmin dövr ərzində ümumilikdə 89 dəfə fərqlənmişdi.

Statistikaya görə, hazırkı onillikdə 16 müdafiəçi 30 qol həddini keçib. Kosta-Rika millisinin üzvü Kendal Uaston və Mərakeş yığmasının futbolçusu Əşrəf Hakimi penalti zərbələri olmadan 38 dəfə rəqib qapılarına yol tapıb.