09 fevral 2026 16:44
92

Agentlikdə növbəti vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşların növbəti qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, Aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların dövlət satınalmalarının təşkili və satınalma müsabiqələrində iştirakla bağlı müraciətləri, o cümlədən müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Agentliyin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki rəsmi internet səhifəsində yerləşdirilib.