11 fevral 2026 11:10
142

Mədəniyyət naziri: Mədəniyyət müəssisələrinə ziyarətçi sayında müsbət artım dinamikası müşahidə olunur

2025-ci ildə mədəniyyət müəssisələrini ziyarət edənlərin sayı 6 milyon 734 min 300 nəfəri təşkil edib. Bu göstəriciyə kinoseanslara gələn tamaşaçılar, teatrlara, konsertlərə, muzeylərə və sirklərə gələn ziyarətçilər daxildir. Ümumilikdə, illər üzrə mədəniyyət müəssisələrinə ziyarətçi sayında müsbət artım dinamikası müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında deyib.

Nazir diqqətə çatdırıb ki, mədəniyyət tədbirlərində iştirakçıların sayının hər il artırılması əsas hədəflərdəndir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas istiqamətlərindən biri mədəniyyət vasitəsilə insanları cəlb etmək, onları mədəni, təhsil və digər sahələrdə maarifləndirici, eləcə də təhsilə yönəlmiş fəaliyyətlərə təşviq etməkdir. Bu kimi göstəricilər bizim üçün xüsusi əhəmiyyət daşıyır.