11 fevral 2026 13:57
100

Lavrov: Qrenlandiyanın hərbiləşdirilməsi halında Rusiya hərbi-texniki tədbirlər görəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Qrenlandiyanın hərbiləşdirilməsi halında Moskvanın hərbi-texniki xarakterli adekvat cavab tədbirləri görəcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki,  onun sözlərini RİA Novosti agentliyi yayıb.

Nazirin sözlərinə görə, əgər Qrenlandiyada Rusiyaya qarşı yönəlmiş hərbi potensial yaradılarsa, Moskva buna müvafiq şəkildə reaksiya verəcək.

“Əlbəttə, Qrenlandiyanın hərbiləşdirilməsi, orada Rusiyaya qarşı yönəlmiş hərbi imkanların yaradılması baş verərsə, biz adekvat cavab tədbirləri, o cümlədən hərbi-texniki xarakterli addımlar atacağıq”, – deyə Lavrov bildirib.

Sergey Lavrov əlavə edib ki, ABŞ Qrenlandiyanı “mütləq şəkildə” əldə etmək istəyir və bu istəyi məcazi şəkildə ifadə edərək, Vaşinqtonun məqsədinə çatmaq üçün istənilən yolu sınadığını vurğulayıb.