Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 2046-cı ilə qədər uzadılacaq.
“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında bildirib.
"Ermənistan AES-in istismar müddəti 2036-cı ilə qədər uzadıldıqdan sonra daha 10 il, yəni 2046-cı ilə qədər uzadılmalıdır. Bu müddət ərzində yeni stansiya ilə bağlı qərar qəbul edilməlidir", - Paşinyan əlavə edib.
2023-cü ildə "Rosatom Servis" və "Ermənistan AES" QSC AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayıb. Stansiyanın istismar müddətinin yenidən uzadılması üzrə işlər başlayıb.
Rusiyada texnikumda baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb