Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı il martın 15-də yeni Konstitusiya üzrə respublika referendumunun keçirilməsi haqqında Fərman imzalayıb.
“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, sabah yerli mediada Fərman və Qazaxıstanın Konstitusiya layihəsi rəsmi dərc olunacaq.
Respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyasının funksiyalarını yerinə yetirən ölkənin Mərkəzi Seçki Komissiyasına, eləcə də ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.
Qazaxıstan hökumətinə Mərkəzi Seçki Komissiyası və digər mərkəzi dövlət orqanları, həmçinin yerli icra strukturları ilə birlikdə respublika referendumunun təşkili və keçirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Rusiyada texnikumda baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb