12 fevral 2026 00:13
115

Qarşılıqlı münasibətlərin mahiyyəti də genişlənir, məzmunu da

Son illərin siyasi hadisələri Azərbaycana böyük etimad göstərildiyini təsdiqləyir. Bu müna­si­bətlər­ is­tər siyasi proseslərdə qarşılıqlı tərəfdaşlıq kimi, istər bu və ya digər dünyəvi təşəb­büs­lə­rin ger­çək­ləşməsində siyasi güvənc kimi, istərsə də qlobal proseslərin həllində söz sahibi olmaq kimi bir etimada əsas­lanır. Dünyanın böyük dövlətləri xarici siyasətini bu baxımdan Azərbaycanla qarşılıqlı əla­qə­lərin daha geniş siyasi müstəvidə davam etdirilməsinə istiqamətləndirir.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də belə niyyətlərin davamıdır. Görüş zamanı mətbuata verdiyi bəyanatda Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlığını bildirən, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmağın böyük şərəf olduğunu deyən Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Tramp-Vens adminis­tra­siyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən birinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olduğunu da qeyd etdi: “Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məh­sullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”.

Hər rəsmi səfər ikitərəfli münasibətlər sistemində yeni bir layihənin yaranması, formalaş­ması, daha geniş formatda davam etdirilməsi ilə nəticələnir. Bu, hər iki dövlətin xarici siyasəti üçün prioritet hesab edilir. İkinci Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün yaran­ması üçün tarixi fəaliyyət göstərməyə başladı və bu fəaliyyət öz bəhrəsini vermək­dədir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də bu baxımdan xarakte­rikdir. Bu səfər zamanı Siyasi Xartiya imzalanması tarixi hadisə hesab edilə bilər. Dövlət başçımız bu ba­xım­dan bəyanatında dedi: “Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif isti­qamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi da­vam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni in­tellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Ven­sin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qona­ğı­mı­zın qəbulu baxımından tarixidir”.

Strateji Xartiyada ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyinin, müstəqil­li­yi­nin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda do­­ğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti təsdiqləndi, Azərbaycan Respublikası və Ame­rika Birləşmiş Ştatları Orta Dəhlizin inkişafına xüsusi diqqət ayırmaqla enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı, regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirəcəyini, ener­­ji və nəqliyyat sektorlarına, rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sər­ma­yə­lərini səfərbər etmək imkanlarını araşdıracağını, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının mülki nüvə əməkdaşlığını dərinləşdirəcəyini planlaşdırır.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək də nəzərdə tutulur. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları Azərbaycan Respubli­ka­sının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etməyi planlaşdırır.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Azərbaycanla ABŞ arasında münasibətlərin yeni bir mərhələsi oldu...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı