13 fevral 2026 14:41
92

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv D Liqasında mübarizəyə sentyabrın 27-də Litvaya qarşı səfər matçı ilə start verəcək. Millimizin 2-ci qrupdakı son görüşü isə səfərdə Lixtenşteynlə olacaq.

UEFA Millətlər Liqası

D Liqası, 2-ci qrup

27 sentyabr

18:00. Litva - Azərbaycan

1 oktyabr

21:00. Azərbaycan - Lixtenşteyn

4 oktyabr

18:00. Azərbaycan - Litva

13 noyabr

Lixtenşteyn - Azərbaycan (başlama saatı bəlli deyil).