Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki matçı baş tutub.
“İki sahil” xəbər verir ki, "Milli Aviasiya Akademiyası" "Abşeron"u 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Komandalar arasında ilk matçda da "Milli Aviasiya Akademiyası" rəqibini üstələmişdi - 3:2.
Günün ikinci oyununda "Gəncə" UNEC-lə üz-üzə gəlib. Görüş Gəncə komandasının qələbəsi ilə yekunlaşıb - 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9). Komandalar arasında baş tutan ilk dueldə də bölgə təmsilçisi qələbəyə sevinmişdi - 3:2. Beləliklə, növbəti yarımfinalçı "Gəncə" komandası olub.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Xatırladaq ki, daha əvvəl "Turan" və "DH Volley" yarımfinala vəsiqə qazanıb.