NATO Almaniyanın "Rheinmetall" konsernindən təxminən 200 milyon avro məbləğində 120 mm-lik tank mərmiləri sifariş edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər konsernin açıqlamasına istinadla məlumat yayıb.
"NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) 2025-ci ildə bağlanmış çərçivə sazişi əsasında təxminən 200 milyon avro dəyərində 120 millimetrlik tank mərmilərinin ilk partiyasını sifariş edib", - məlumatda deyilir.
"Rheinmetall"da qeyd ediblər ki, saziş blokun üzv dövlətlərinə NSPA vasitəsilə birbaşa sifariş verməklə döyüş sursatlarının satınalma prosedurunu sadələşdirməyə imkan verir.