13 fevral 2026 23:23
99

"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı

"Barselona"nın Avropa Futbol Klubları Assosiasiyasının (EFC) tamhüquqlu üzvlüyü bərpa edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu qərar "Barselona"nın Super Liqa ilə əlaqəsini dayandırması və yenidən qoşulmaq üçün müraciət etməsindən sonra verilib. AFA-nın direktorlar şurası təşkilatın nizamnaməsinə uyğun olaraq klubun geri qayıtmasını yekdilliklə təsdiqləyib.

AFA prezidenti Nasser Əl-Xelayfi idarə heyətinin iclasında "Barselona"nın təklifini şəxsən təqdim edib. Bəyanatda həmçinin razılığa gəlməkdə əsas amilin təşkilatla münasibətlərin bərpasında açıq istək və proaktiv mövqe nümayiş etdirən Joan Laporta olduğu vurğulanıb.