"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu "Şalke" U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" klubunda çıxış edib.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.