16 fevral 2026 01:01
88

Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ baş verib

Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, seysmik hadisə ilə bağlı məlumatlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında dərc edilib.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib.

Mümkün dağıntı və ya tələfat barədə məlumat verilmir.