17 fevral 2026 01:48
111

Umerov: Ukrayna və Rusiya nümayəndələri Cenevrədə təhlükəsizliklə bağlı məsələləri müzakirə edəcəklər

Ukrayna nümayəndə heyəti fevralIN 17-18-də Rusiya ilə danışıqlar aparmaq üçün Cenevrəyə gedib. Tərəflər təhlükəsizliklə bağlı məsələləri qaldıracaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində yazıb.

"Ukrayna nümayəndə heyəti artıq Cenevrəyə gəlib. Bu gündən üçtərəfli formatda danışıqların növbəti mərhələsinə başlayırıq", - deyə Umerov yazıb.

Ukrayna nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, gündəlik artıq razılaşdırılıb və komanda işə hazırdır.

Katib qeyd edib ki, Ukrayna rəsmiləri ədalətli və davamlı sülhün təmin edilməsi üçün konstruktiv işə və təhlükəsizlik, humanitar məsələlər üzrə əsaslı görüşlərə sadiqdirlər.

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların üçüncü mərhələsi Cenevrədə keçiriləcək. Bundan əvvəl tərəflər Əbu-Dabidə iki dəfə görüşüblər.