Rusiya müharibənin 1455-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 114 976 PUA-sı, 650 zenit-raket kompleksi, 27 742 tank və digər zirehli texnikası, 1 664 reaktiv yaylım atəş sistemi, 33 330 artilleriya və minaatanı, 54 587 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.