17 fevral 2026 19:05
187

BANM tələbələri magistratura imtahanlarında ölkə birincisi oldular

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birincisi olublar.

“İki sahil” xəbər verir ki, BANM-in İnformasiya təhükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar.

Elvina Əliyeva BANM-ə 689,6 balla qəbul olub, Prezident təqaüdünə layiq görülüb.

Zahid Abdullayev isə BANM-ə 671,2 balla daxil olub.