18 fevral 2026 11:58
121

Politoloq: "C6 Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən transformasiyaların ön sıralarında dayanır"

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan müvafiq olaraq Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən transformasiyaların ön sıralarında yer alır.

“İki sahil” xəbər verir ki, bunu politoloq və dövlət idarəçiliyi sahəsində ekspert Şeradil Baktıqulov bəyan edib.

O qeyd edib ki, Azərbaycanın C5-ə qoşulması ilə regional və regionlararası əməkdaşlıq ruhu daha da möhkəmlənir.

"Bu gün C6 regionlarımız və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru birgə addımlamağımız üçün yeni səhifə açır. Dayanıqlı İnkişaf Məqsədləri həm siyasi çərçivə, həm də C6 mexanizmi çərçivəsində əməkdaşlığın inkişafı üçün strateji alət kimi xidmət etməyə qadirdir", - Baktıqulov vurğulayıb.