18 fevral 2026 16:52
111

Kimlər aqrar sığorta eksperti ola bilər? - İxtisaslar və tələblər

Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə qeydiyyat davam edir

“İki sahil” xəbər verir ki, Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə qeydiyyat davam edir. Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu fevralın 20-nə qədər həyata keçiriləcək.

Təlimə qatılmaq üçün müraciətlərin sayının çox olmasını nəzərə alaraq, aqrar sığorta eksperti olmaq üçün müəyyən edilmiş ixtisasları xatırladırıq.
Ekspert təlimlərinə qatılmaq üçün tələb olunan təhsil pillələri və ixtisasların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixi 380 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Göstərilən ixtisaslara malik şəxslər təlimə qatılmaq üçün müraciət edə bilərlər.

Xatırladaq ki, müstəqil ekspert sertifikatı almaq üçün təlimlər 2026-ci il 2-7 mart tarixlərində Aqrar Sığorta Fondunun inzibati binasında (8 Noyabr prospekti 175) keçiriləcək.

Təlimləri başa vuran namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda iştirak edəcək, imtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatı alacaqlar.

Müstəqil aqrar sığorta eksperti sertifikatı

Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası;

Kənd təsərrüfatı heyvanlarının sığortası;

Akvakultura məhsullarının sığortası üzrə təqdim olunur.

Təlimlər barədə əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.