18 fevral 2026 21:19
98

ABŞ-də qar uçqunu nəticəsində itkin düşmüş 9 nəfərin axtarışı davam edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında Taho gölü yaxınlığında uçqun nəticəsində itkin düşmüş 9 xizəkçinin axtarışı davam etdirilir.

“İki sahil” xəbər verir ki, uçqun ötən gün günorta saatlarında Kasl Pik adlı ərazidə baş verib. Uçqunun altında qalan

6 nəfər xilas edilib, 9 nəfərin taleyi isə məlum deyil.

Kəskin hava şəraiti axtarış işlərini çətinləşdirir.