Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə fevralın 20-si saat 15:00-da “Texnologiya fənni üzrə sertifikasiyaya hazırlıq: tövsiyələr və test nümunələrinin izahı” mövzusunda vebinar keçiriləcək.
“İki sahil” xəbər verir ki, İnstitutdan bildirilib ki, vebinarda spiker qismində Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” fəxri adlarının sahibi Gülşən Mirizadə çıxış edəcək.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsində canlı yayımlanacaq.