19 fevral 2026 19:39
138

Qubada külək abonenti qazsız qoyub

Quba rayonunun Alekseyevka kəndində qurumuş ağacın külək əsməsi nəticəsində təbii qaz xəttinin üstünə yıxılması kənd sakinini qısa müddətdə qazsız qoyub. 

Bu barədə "İki sahil"in Şimal bürosuna abonent məlumat verib. O, bildirib ki, "Uzun müddət idi ki, qurumuş ağac təhlükə mənbəyi kimi qalmışdı, heç kim, heç bir bir qurum bundan narahat deyildi. Təbiət özü qurumların yerinə "işlədi". Hansı ki, dəfələrlə xəbərdarlıq edilmişdi. Belə hallara nəzarət olunsa, yaxşı olar. Qurumuş ağacın evin üstünə ya da hərəkətdə olan adamların və piyadaların üstünə də düşə bilərdi."

Vətəndaşın sözlərinə görə, yol kənarında hələ də qurumuş ağaclar qalır.

Qeyd edək ki, qaz xətti Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən təmir edilərək, abonentin qaz təchizatı bərpa olunub. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan