Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yüksək qiymətləndirilib, şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin qardaşlaşmış şəhərlər platforması çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub, müasir şəhər inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.
Komitə sədri may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (@WUF13Azerbaijan) İtaliya tərəfinin fəal iştirakına ümidvar olduğunu qeyd edib.
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib