20 fevral 2026 11:33
138

Azərbaycan süni intellekt üzrə balanslaşdırılmış milli model formalaşdırır

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov müsahibə verib. “İki sahil” həmin müsahibədın çıxarışları  təqdim edir.

– Qlobal miqyasda süni intellektin inkişafı müxtəlif modellər üzrə formalaşır. Kanada və Avropa ölkələri daha çox tədqiqat və etik tənzimləmə mexanizmlərinə, ABŞ innovasiya ekosisteminə, Çin isə genişmiqyaslı praktiki tətbiqlərə üstünlük verir.

Azərbaycanın yanaşması isə bu modellərin balanslaşdırılmış sintezinə əsaslanır. Biz həm insan kapitalının inkişafını, həm dövlət idarəçiliyində tətbiqi, həm də biznes mühitinin dəstəklənməsini paralel prioritetlər kimi müəyyən etmişik. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının məntiqi də məhz bu kompleks yanaşma üzərində qurulub.

Strategiyanın əsas məqsədi süni intellekti ayrı-ayrı texnoloji həllər kimi deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və insan kapitalının transformasiyasını təmin edən sistemli alət kimi formalaşdırmaqdır. Burada institusional hazırlıq, idarəetmə bacarıqları və peşəkar kadr potensialının gücləndirilməsi mühüm yer tutur.

Beləliklə, süni intellekt sosial-iqtisadi inkişafı sürətləndirən, qərarvermə proseslərini daha səmərəli edən və rəqəmsal dövlət quruculuğunu gücləndirən əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur.

Süni intellekt texnologiyalarının səmərəli tətbiqi peşəkar kadrlarla mümkündür

– İnsan kapitalının inkişafı 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biridir. Çünki süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür.

Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir.

Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.

Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası isə insan kapitalının inkişafı üçün əsas platformalardan biridir. Hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar. Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır.

Eyni zamanda həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş “AI for Managers” və “AI Leadership” proqramları həyata keçirilir. Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.

Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir. Bu isə Strategiyanın uğurlu icrası üçün möhkəm zəmin yaradır.

Məqsədimiz süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır

– Süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biridir. Burada məqsəd innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdır.

Bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.

Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır.

Süni intellekt üzrə ən azı 50 sahibkara güzəştli kredit verilməsi planlaşdırılır

– Süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biridir. Burada məqsəd innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdır.

Bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.

Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır.

Rəhbər heyət üçün süni intelekt üzrə liderlik proqramları həyata keçirilir

– İnsan kapitalının inkişafı 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biridir. Çünki süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür.

Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir.

Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.

Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası isə insan kapitalının inkişafı üçün əsas platformalardan biridir. Hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar. Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır.

Eyni zamanda həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş “AI for Managers” və “AI Leadership” proqramları həyata keçirilir. Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.

Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir.