Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifəli şəxsləri və Agentliyin tabeli qurumlarının rəhbərləri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları vəzifələri barədə ətraflı məlumat verib. Daha sonra Ombudsman Aparatının əməkdaşları tərəfindən Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyaları, həmçinin qanunvericiliyin tələblərinin pozulduğu təqdirdə Ombudsmanın protokol tərtib etmək səlahiyyətinə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin gedişində mövzuya dair hazırlanmış videoçarx nümayiş olunub, informasiya əldə etmək hüququnun təşviqinə xidmət edən maarifləndirici çap materialları və metodiki vəsaitlər haqqında təqdimat edilib.
Tədbirin sonunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar Ombudsman Aparatının nümayəndələri tərəfindən cavablandırılıb.
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Agentlikdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nümayəndələri ilə görüş keçirilib
“Rəqəmsal körpü” Təcrübə Proqramının iştirakçıları "Azərpoçt"da təcrübə keçəcək