20 fevral 2026 18:31
105

Rusiyanın itkiləri açıqlandı - 1458-ci gün

Ukrayna müharibənin 1458-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 257 880 hərbçi, 11 684 ədəd tank, 24 060 ədəd zirehli döyüş maşını, 37 387 ədəd artilleriya sistemi, 1 649 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 303 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 79 112 ədəd avtomobil texnikası, 138 881 ədəd PUA, 4 314 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 073 xüsusi avadanlıq itirib.