İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində icra olunan və davam edən tədbirlərə yerində baxış keçiriblər.
Mərkəzdən “İki sahil”ə verilən məlumata görə, monitorinq qrupu Xırdalan şəhərində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi, M-4 Bakı–Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi məqsədilə görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində Bakı şəhərində Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi, Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi üzrə həyata keçirilən tədbirlərə də baxış keçirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, monitorinq səfərlərində infrastruktur layihələrinin gedişatı yerində qiymətləndirilir, real mənzərə əsasında Dövlət Proqramı çərçivəsində görülən işlərin keyfiyyəti və nəticələri ölçülür.
Qeyd olunan səfərdə İİTKM-lə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Nəqliyyatı Əlaqələndirmə Şurasının münayəndələri iştirak ediblər.
AYİB: RİY-in azalması və mürəkkəb borc strukturları inkişaf etməkdə olan ölkələrə təzyiqi artırır
Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək
Nazir: Azərbaycanla Serbiya arasında imzalanan 57 sənəd ikitərəfli əməkdaşlığın hüquqi bazasıdır