20 fevral 2026 17:41
132

“Rəqəmsal körpü” Təcrübə Proqramının iştirakçıları "Azərpoçt"da təcrübə keçəcək

AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Rəqəmsal körpü” Təcrübə Proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki,sSeçim mərhələlərini uğurla tamamlayan 110 tələbəyə "Azərpoçt" MMC daxil olmaqla 14 müxtəlif şirkətdə, real iş mühitində təcrübə keçmək imkanı yaradılıb. Tələbələrdən 9-u “Azərpoçt”da təcrübəyə başlayıb.

Bu yolda onlara qazandıqları bilik və bacarıqları gələcək karyeralarında uğurla tətbiq etmələrini arzulayırıq.