06 dekabr 2016 15:05
286

Məşhur Hollivud aktrisası vəfat edib

Marqaret Uitton 66 yaşında dünyasını dəyişib

Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.

Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa”  (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında  çəkilib.