Bu ilin yanvar ayında Azərbaycanda 114,9 min ton avtomobil benzini istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 min ton və ya 7,3% azdır.
Bu ilin fevralın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 65,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 398,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 16,4 faiz azalıb.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib