Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2026-cı ilin yanvar ayında göstərilmiş xidmətlərin dəyəri 316,1 milyon manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 10 faiz artıb.
Bildirilib ki, sözügedən sahə üzrə ödənişli xidmətlərin dəyərinin 67,4 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 84,1 faizi qeyridövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 35,9 faizi və ya 113,4 milyon manatı isə mobil telefon rabitəsi sahəsində formalaşıb.