21 fevral 2026 16:50
105

Azərbaycan ötən il Dominikan və Misirə antifriz tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 570 min ABŞ dolları dəyərində 708,31 ton antifriz ixrac edib.

“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 78 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 198 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 90 % çox) 243 ton (+2 dəfə), Özbəkistana 89 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 137 ton (+3,3 dəfə), Gürcüstana 78 min ABŞ dolları dəyərində (+2 dəfə) 85 ton (+98 %), İsrailə 64 min ABŞ dolları dəyərində (+24 dəfə) 83 ton (+15 dəfə), Türkmənistana 30 min ABŞ dolları dəyərində (-62 %) 40 ton (-63 %) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikan Respublikasına (6,12 min ABŞ dolları dəyərində 9,1 ton) və Misirə (4,31 min ABŞ dolları dəyərində 5,14 ton) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 398 ton antifrizin 30 %-i İraqın, 27,4 %-i Türkmənistanın payına düşüb.