Bu ilin yanvar ayında Azərbaycan 8 milyon 251,49 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ilə müqayisədə 17 milyon 3 milyon 593,52 min ABŞ dolları və ya 30,3 % azdır.
Hesabat ayında mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,63 %-ni təşkil edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur
Məcnun Məmmədov Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb