21 fevral 2026 18:25
129

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 204 milyon 156,25 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 32 milyon 230,63 min ABŞ dolları və yaxud 18,7 % çoxdur.

Ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 15,68 %-ni təşkil edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.