21 fevral 2026 23:29
107

"Tottenhem" aparıcı futbolçularını itirə bilər

"Tottenhem" klubu bu mövsüm Premyer Liqadan aşağı dəstəyə düşərsə, heyətindəki bir çox aparıcı futbolçusunu itirmək təhlükəsi ilə üzləşəcək.

“İki sahil” xəbər verir ki, Kristian Romero, Mikki van de Ven və Konor Qallaxer belə bir vəziyyətdə komandadan ayrılacaq ilk adlar arasındadırlar.

"The Athletic" nəşrinin məlumatına görə, Dominik Solanke, Ceyms Meddison və Məhəmməd Kudus kimi oyunçulara da digər klublardan böyük maraq var. Siyahıda həmçinin Riçarlison, Pedro Porro və Destini Udoqi kimi ulduzların da adı çəkilir.

Hazırda 29 xalla 16-cı pillədə qərarlaşan klubun rəhbərliyi Premyer Liqada qalmaq üçün bütün gücünü səfərbər etsə də, ehtimal olunan ssenari komandanın dağılması deməkdir.