22 fevral 2026 09:46
147

Gəncədə azyaşlı qızdırmadan öldü

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.