44 günlük Vətən Müharibəsindəki Zəfərdən sonra Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq daha da güclənib. İki qardaş ölkənin silahlı qüvvələrinin ortaq taleyin birləşdirdiyi ordular kimi qəbul edilməsi təsadüfi deyil.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetində ölkənin Silahlı Qüvvələrinin regional və beynəlxalq səviyyədə sülhə və sabitliyə verdiyi töhfəyə həsr olunmuş məqalədə deyilir.
Məqalədə “Bir millət, iki dövlət” kəlamı kontekstində Ankara ilə Bakı arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanır.
Diqqət Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında çoxsaylı birgə təlimlərə, eləcə də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə digər təlim proqramlarına yönəlib.