Fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 12, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 49 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 33,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28,5 kiloqramdan artıq marixuana, 2 kiloqramdan çox tiryək, 1,7 kiloqramdan artıq metamfetamin və 1,4 kiloqrama yaxın heroin olub.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər də saxlanılıb.