Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzinin (DİM) növbəti imtahanına hazırlaşan şəxslər üçün hazırlıq kurslarına başlayır. Kursların təşkilində əsas məqsəd qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin bilik və bacarıqlarının artırılması, imtahana sistemli və peşəkar şəkildə hazırlaşmasına dəstək göstərməkdir.
“İki sahil” xəbər verir ki, tədris prosesi üç əsas istiqamət - daşınar, daşınmaz əmlakın və müəssisələrin qiymətləndirilməsi sahəsini əhatə edir.
Mühazirələr Azərbaycan Dövlət İqtisad Universitetində, tədris ocağının müəllimləri tərəfindən aparılacaq, kursu uğurla başa vuran iştirakçılar sertifikatı təqdim ediləcək.
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Baş Prokurorluq: Müşfiq Abbasov barədə inzibati həbs növündə tənbeh tədbiri seçilib