Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
“İki sahil” Palataya istinadən xəbər verir ki, iclasda ilk olaraq qurumun sədr müavini Nəsir Sadıqov keyfiyyətin idarəedilməsi fəaliyyəti çərçivəsində monitorinq və düzəltmə (sağlamlaşdırma) işinin təşkili məsələsini təqdim edib. O, qeyd edib ki, müvafiq fəaliyyət auditin keyfiyyətinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələr zamanı monitorinq prosedurlarının sistemli tətbiqi, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin vaxtında və effektiv icrası ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə həyata keçirilən fəaliyyətlərin mövcud vəziyyəti barədə məlumat təqdim edib.
Daha sonra V.Gülməmmədov illik fəaliyyət hesabatında tətbiq edilməli yeniliklər, o cümlədən fəaliyyətin təsirinin qiymətləndirilməsi ilə bağlı məsələlərə toxunub, dövlət auditinin rəqəmsallaşdırılması işlərinin sürətləndirilməsi, audit hesabatlarının hazırlanmasında və inzibati idarəetmə fəaliyyətində süni intellektin tətbiqinin genişləndirilməsi imkanlarının öyrənilməsi ilə bağlı kollegiya üzvləri və struktur bölmə rəhbərlərinə tapşırıqlarını verib.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə baxılıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi "WUF13"ə hazırlıq barədə məlumatlandırılıb
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilib
Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi - FOTO/VİDEO