Monteneqro Baş nazirinin müavini - xarici işlər naziri Ervin İbrahimoviç BMT-nin qaçqınlar üzrə ali komissarı Bərham Saleh ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Monteneqro XİN məlumat yayıb.
Bildirilib ki, XİN başçısı İraqın keçmiş prezidentini ali komissar təyin edilməsi münasibətilə təbrik edib.
Görüşdə komissarlıq ilə Monteneqro arasında davam edən əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib.
Tərəflər xüsusilə Monteneqronun qərbi Balkan ölkələrində qaçqın problemlərinin həll edilməsindəki rolunu vurğulayıblar.
Qeyd edək ki, Qərbi Balkan regionu uzun illərdir həm daxili, həm də xarici miqrasiya və qaçqın problemləri ilə üz-üzədir. Bu vəziyyətin əsas səbəbləri tarixi münaqişələr, iqtisadi çətinliklər və Avropa İttifaqına inteqrasiya prosesindəki qeyri-müəyyənliklərdir.
Suriyada İŞİD-in hücumu zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb