Kriptovalyuta bazarında eniş trendi davam edib.
“İki sahil” CoinMarketCap platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti 2,86% azalıb. Hazırda BTC 63 207 dollar səviyyəsində ticarət olunur.
Bazarın ikinci ən böyük aktivi olan Ethereum isə sutka ərzində 1,99% dəyər itirib və 1 829 dollara enib.
Digər iri aktivlərdən BNB 0,19% artıb, Bitcoin Cash 9,32%, Monero 1,60%, Zcash isə 2,71% azalıb.
Qızıl təminatlı tokenlərdən PAX Gold 0,35%, Tether Gold isə 0,18% artım göstərib.
Analitiklər sutkalıq enişi qlobal maliyyə bazarlarında risk iştahının zəifləməsi, investorların daha təhlükəsiz aktivlərə – xüsusilə qızıl yönümlü tokenlərə üstünlük verməsi və kriptovalyuta bazarında satış təzyiqinin artması ilə izah edirlər.
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur
Məcnun Məmmədov Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb