Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su ehtiyatlarının artırılması məqsədilə 9 yeni su anbarının bərpası və tikintisi nəzərdə tutulub, İndiyə qədər onlardan 5-i istismara verilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riyad Axundzadə Bakıda keçirilən "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının əhəmiyyətli hissəsi transsərhəd xarakter daşıdığından ölkə daxilində mövcud su potensialının artırılması prioritet istiqamət kimi müəyyən edilib: "Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yeni su anbarlarının tikintisi ilə bağlı dərhal planlaşdırma işlərinə başlanılıb. Məqsəd içməli və suvarma suyunun təminatını gücləndirmək, regionun dayanıqlı inkişafına töhfə verməkdir. Yeni anbarlar ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".
IsDB Azərbaycanda kənd təsərrüfatı və su idarəçiliyinə 436,7 mln. dollar ayırıb