24 fevral 2026 13:03
97

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.