24 fevral 2026 20:01
81

Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilmişdir

24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.

“İki sahil” xəbər verir ki, qəbulda müraciət edənlər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.

Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, tibbi, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.